XİN Holokost soyqırımı ilə bağlı paylaşım edib

Xəbərlər

27.01.2022 - 10:48

“Bu gün biz nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

AYNA-nın xəbərinə görə, bu barədə XİN-in “Twitter” hesabında məlumat verilib.

“Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik”, - deyə paylaşımda bildirilib.

BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş