XİN başçısı: “Trampın Avropa və Ukraynaya təzyiqini şişirtmək lazım deyil”

Dünya

10.02.2026 - 15:42

“Trampın Avropaya və Zelenskiyə təzyiqi müsbət addım kimi görünsə də, bu, münaqişənin həllinin qaçılmaz olduğu anlamına gəlmir”

“ABŞ Prezidenti Donald Trampın Avropa və Ukraynaya təzyiqini şişirtməyə tələsməməliyik”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir Diplomat Günü münasibətilə müraciətində bildirib: "Biz dəfələrlə baş verənlərə həvəslə yanaşmamalı olduğumuzu, ABŞ Prezidenti Donald Trampın avropalıları, Kiyev rejiminin rəhbəri Volodimir Zelenskini onların yerinə qoyduğunu və onlardan tabe olmalarını tələb etdiyini bildirmişik".

Lavrov qeyd edib ki, “Trampın Avropaya və Zelenskiyə təzyiqi müsbət addım kimi görünsə də, bu, münaqişənin həllinin qaçılmaz olduğu” anlamına gəlmir.

Nazir danışıqların ikinci mərhələsinin Əbu-Dabidə keçirildiyini, lakin Ukraynada sülhə nail olmaq üçün hələ "uzun bir yol" olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş