XİN başçısı: “Sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib”

Aktual

20.01.2025 - 13:57

Həkimlər Klinikalar SEO Xidməti

2Ermənistanın Konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var”

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparır. AYNA bildirir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Bayramov bildirib ki, sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib: “Danışıqlar gedir. Ermənistanın Konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var. Bunlar həllini tapmalıdır”.

Xarici işlər naziri onu da qeyd edib ki, erməni həmkarı Ararat Mirzoyanla növbəti görüşün yeri və vaxtı barədə hələlik razılaşma yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş