Bakı metrosu həftəsonu işləməyəcək

Aktual

18.09.2020 - 19:07

Sentyabrın 19-u saat 00:00-dan 21-i saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılır

 

Xüsusi karantin rejimi çərçivəsində həftəsonu Bakı metrosu sərnişindaşıma fəaliyyəti göstərməyəcək.

 

“Bakı Metropoliteni” QSC-dən AYNA-ya bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.2.5 bəndinə uyğun olaraq, sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Müəllif: Ayna.az