Yeraltı təkanın maqnitudası 3.3 olub
Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yerli vaxtla saat 13:18-də baş verən zəlzələ 74 km dərinlikdə baş verib.
Yeraltı təkanın maqnitudası 3.3 olub.