Dənizində 52 kilometr dərinlikdə maqnitudası 3,3 olan yeraltı təkanlar qeydə alınıb
Xəzər dənizində zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.
Məlumata görə, yerli vaxtla saat 15:10-da Xəzər dənizində 52 kilometr dərinlikdə maqnitudası 3,3 olan yeraltı təkanlar qeydə alınıb.