Xəzərdə bir nəfər batıb

Hadisə

09.08.2023 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-xilasedicilər axtarışlara cəlb olunublar

Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) bir nəfər batıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olub.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş