Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. NİİM-dən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.