Xəstəxanaların akkreditasiyası ilə bağlı mərkəzin əsasnaməsi hazırlanıb

Cəmiyyət

09.04.2022 - 14:52

Həkimlər Klinikalar SEO Xidməti

Teymur Musayev: "Bu istiqamətdə hazırlıq işləri davam edir"

Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması ilə bağlı işçi qrupu tərəfindən normativ-hüquqi baza yenidən işlənib və əsasnamə hazırlanıb.

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, həmin əsasnamə artıq aidiyyəti qurumlara təqdim olunub: "Dünya praktikasında belədir ki, həmin mərkəzlər tibb müəssisələrinin lisenziyalaşdırılması, qiymətləndirilməsi, eləcə də müvafiq tibbi xidmətlər üzrə akkreditasiya ilə məşğul olurlar. Bu səbəbdən ölkədə davamlı təmin edilən tibbi xidmətlərin keyfiyyətinə dair standartlar və onlara nəzarət prosesi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri davam edir. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin müvafiq strukturlarında bu fəaliyyət var. Lakin bunu cəmləşdirərək effektik həyata keçirilməsi üçün mərkəzin yaradılması labüd idi".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş