Xerson azad ediləndən sonra Ukrayna-Rusiya danışıqları başlayacaq? – Rəsmi CAVAB

Dünya

08.11.2022 - 18:56

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Podolyak: “İşğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi danışıqlarda Ukraynaya bonuslar əlavə edəcək, amma...”

“Rusiya ilə danışıqlarda Ukraynanın mövqeyi Xerson, Luqansk və ya Donetsklə bağlı deyil”. AYNA xəbər verir ki, bu sözləri Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak “Azadlıq” radiosuna müsahibəsində deyib.

Podolyak vurğulayıb ki, Ukrayna ərazisi işğal olunmuş rayonlar da daxil olmaqla bütövdür: Ukraynanın de-yure ərazisində Rusiyayönümlü anklav mövcud ola bilməz. Bu, danışıqlar predmeti olmayacaq, yalnız danışıqlardan sonra gedən prosesə əlavə yük yaradacaq".

Eyni zamanda, Podolyak qeyd edib ki, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi danışıqlarda Ukraynaya əlavə bonuslar qazandıracaq. Bununla belə, Kiyev Rusiya qoşunlarının tamamilə çıxarılmasında israrçıdır.

"Bəli, deyə bilərik ki, məsələn, Xerson, Luqansk və ya Donetsk, yaxud Zaporojye ərazisinin bir hissəsi azad ediləndə bu, şübhəsiz ki, mövqeyimizi gücləndirəcək. Onda təbii ki, Ukrayna Rusiyaya deyə bilər: “biz təklif edirik ki, siz 72 və ya 96 saat ərzində bütün ərazimizi tərk edin, bütün silahlı qüvvələri çıxarın”. Bəli, belə bir güc mövqeyimiz ola bilər. Amma yenə də əsas Rusiya işğalçı qüvvələrinin Ukrayna ərazisindən tamamilə çıxarılmasıdır. Bu qədər sadə. İstənilən danışıqlar prosesi bundan sonra olacaq”, - Podolyak vurğulayıb.

Qeyd edək ki, “The Wall Street Journal” yazır ki, Baydenin müşaviri Cake Sullivan son aylarda Putinin adamları Yuri Uşakov və Nikolay Patruşevlə qeyri-rəsmi danışıqlar aparır və bu danışıqlar zamanı Vaşinqton Moskvanı nüvə silahından istifadəyə qarşı xəbərdar edir. Ağ Ev qeyd etdi ki, “Rusiya ilə risklərin azaldılması barədə ən yüksək səviyyədə danışmaq hüququnu özündə saxlayır”.

Eyni zamanda, Bayden administrasiyasının nümayəndələri dəfələrlə vurğulayıblar ki, Ukrayna Moskva ilə danışıqlar masası arxasında nə vaxt oturacağına qərar verəcək və Vaşinqton geri alınan ərazilər vasitəsilə Ukraynanın mövqeyini gücləndirməyə çalışacaq.

İtaliyanın “Republica” qəzeti bir gün əvvəl yazıb ki, ABŞ Xersonun işğaldan azad edilməsindən sonra Rusiya ilə danışıqlar perspektivini görür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş