Arxeoloqlar IX əsrə aid qızıl sikkələr aşkarlayıb
İsrailin Yavne şəhərində tarixi kəşf gerçəkləşib. AYNA xəbər verir ki, İsrail mediası kəşf haqqında “Bayram hədiyyəsi” başlıqları məlumat verib.
Belə ki, Yavne şəhərində qazıntı aparan arxeoloqlar 1200 illik tarixi olan qızıl sikkələr tapdıqlarını açıqlayıblar. Mütəxəssis Robert Kool isə tapılan qızıl sikkələrin Abbasilər dövrünə aid olduğunu və eramızın IX əsrində dövriyyəyə buraxıldığını vurğulayıb.
Kool onu da əlavə edib ki, həmin dövr sənət, elm, ticarət və sənaye sahəsində müsəlmanların ən zəngin dövrü hesab edilir və sözügedən sikkələr də Xəlifə Harun ər- Rəşidin hakimiyyəti illərinə təsadüf edir.
Qeyd edək ki, Xəlifə Harun ər-Rəşid Abbasilər xilafətinin beşinci hökmdarı kimi tarixə düşüb.