Rusiya ordusunun hücumu nəticəsində üçü uşaq olmaqla 4 nəfər həlak olub
Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinə atdığı "Şahed" raketi şəxsi evə dəyib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” kanalında yazıb.
O Xarkovun Boqoduxov şəhərinə raket düşməsi nəticəsində bir evin dağıldığını və dağıntılar altında üç uşağın qaldığını bildirib.
Dağıntılar altından uşaqlarla birlikdə 34 yaşlı bir kişi meyiti də çıxarılıb.