Xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turist səfərlərinə icazə verilib

Xəbərlər

23.12.2023 - 12:58

Xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər

Azərbaycan hökuməti xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə turist kimi səfər etməsinə icazə verib.

AYNA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.

Məlumata görə, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turlarında iştirak üçün xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Amma Suqovuşan istiqamətinə qrup səfərlərini Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri təşkil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş