ATƏT müşahidəçiləri Lənkəranda seçkilərin gedişatını müşahidə ediblər
Xarici müşahidəçilər Lənkəranda seçkiləri izləyir. AYNA bu barədə APA-ya istinadən bildirir.
Məlumata görə, ATƏT nümayəndələri Lənkəran kənd 78 saylı seçki dairəsinin 37 saylı seçki məntəqəsində müşahidə aparıblar.
Müşahidəçi Knaevelsrud Hams hazırda müşahidə apardıqlarını, yekunda rəsmi açıqlama verəcəklərini bildirib.