Xaricdəki soydaşlarımız təxliyə olunub

Xəbərlər

24.03.2020 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

230 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb

 

Azərbaycanın milli aviadaşıyıcısı Hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir. AYNA-ya bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

 

Ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş