Daxili İşlər Nazirliyi məlumat yayıb
Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində dörd ədəd qumbara, bir ədəd avtomat silahı, bir tapança, iki tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.