Hücumların nəticələri hələ bəlli deyil
ABŞ və İsrailin İrana qarşı birgə hücumunun əsas hədəfi İran Prezidenti Məsud Pezeşkian olub. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi bildirib.
"Şənbə günü ABŞ və İsrail İranın Ali Rəhbəri Əli Xameneyi və İran Prezidenti Məsud Pezeşkiana qarşı hücumlar təşkil ediblər. Lakin hücumların nəticələri hələ bəlli deyil", - deyə o bildirib.
İranın vitse-prezidenti Məhəmməd Rza Aref İran Prezidentinin sağ və salamat olduğunu açıqlayıb.