Xameneinin müşaviri: “ABŞ-ın istənilən təcavüzünə sərt cavab veriləcək”

Dünya

30.12.2025 - 14:21

"İranın raket potensialı və müdafiəsi qorxuducu deyil və icazələrə əsaslanmır”

İranın Ali Liderinin müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın yeni zərbələr endirməklə bağlı təhdidlərindən sonra ölkəyə qarşı hər hansı bir təcavüzə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. AYNA.AZ xəbər verir ki, onun açıqlaması “X” sosial media platformasında dərc edilib.

"İranın raket potensialı və müdafiəsi qorxuducu deyil və icazələrə əsaslanmır. Hər hansı bir təcavüzə dərhal, təcavüzkarların təsəvvür etməyəcəyi halda sərt cavab veriləcək", - Şamxani xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş