Xamaneyi ilə vida mərasimi təxirə salınıb

Dünya

04.03.2026 - 16:22

Mərasimin təxirə salınma səbəbi olaraq təhlükəsizlik amili əsas gətirilib

Bu gün Tehranda İranın Ali Rəhbəri Seyid Əli Xameneyi ilə 3 gün davam etməsi nəzərdə tutulan vida mərasimi təxirə salınıb.

AYNA.AZ İran mediasına istinadən bildirir ki, mərasimin təxirə salınma səbəbi olaraq təhlükəsizlik amili əsas gətirilib.

Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurasının məlumatına görə isə, İranın hər yerindən çoxsaylı müraciətlərin edilməsi, xalqın böyük hissəsinin iştirakını təmin etmək zərurəti, həmçinin mərasim üçün lazımi infrastrukturun hazırlanması səbəbindən Xamenei ilə vida mərasimi təxirə düşüb.

“Vida mərasimin keçirilməsi üçün şərait hazır olan kimi İslam Təbliğatının Koordinasiya Şurası çağırış bəyanatını yayımlayacaq”, - qeyd edilib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində Xamanei və yüksək vəzifəli şəxslər vəfat edib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş