Xaçmazda kanalda bir nəfər batıb

Hadisə

11.06.2023 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Xaçmazda kanalda bir nəfər batıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş