Xaçmazda intihar: 22 yaşlı qadın özünü asıb

Hadisə

13.09.2020 - 16:29

Məmmədəliyeva ailəli olub, övladı yoxdur

 

Xaçmazda intihar hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.

 

Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

 

Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Müəllif: Ayna.az