Xaçmazda evdə qadın meyiti aşkarlanıb

Xəbərlər

21.03.2024 - 23:43

Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib

Xaçmazda evdə qadın meyiti aşkarlanıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb.

Meyiti aşkarlanan orta yaşlı qadının şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az