Xaçmazda 59 yaşlı qadın 40 gündür yoxa çıxıb

Xəbərlər

28.08.2023 - 13:49

cedabet dərman SEO Xidməti

Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir

Xaçmazda 59 yaşlı qadın itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupundan bildirilib.

Qeyd olunub ki, Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova  2023-cü il iyulun 18-də axşam saatlarında yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Onu görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər və (+99455) 722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş