“Bürünc baraban”ın tamaşaçı tutumu 135 min nəfər üçün nəzərdə tutulub
Vyetnamın paytaxtı Hanoyda dünyanın ən böyük futbol stadionu inşa edilir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, “Bürünc baraban” stadionunun tamaşaçı tutumu 135 min nəfər üçün nəzərdə tutulub.
Bu, Şimali Koreyanın paytaxtı Pxenyandakı “1 May” stadionunun tutumundan 5 min oturacaq çoxdur.
Stadionun inşasının 2028-ci ildə tamamlanması gözlənilir. Açılıb-bağlanan dam örtüyünə malik “Bürünc baraban”da idman yarışları ilə yanaşı, bir sıra ictimai və mədəni tədbirlər də keçiriləcək.