Vladimir Solovyova Moskvada hökm oxunub

Dünya

15.05.2026 - 17:05

Məhkəmə "Kommersant" qəzetinin keçmiş əməkdaşını qiyabi olaraq 3 il müddətində azadlıqdan məhrum edib

Moskva Məhkəməsi "Kommersant" qəzetinin keçmiş əməkdaşı Vladimir Solovyovu qiyabi olaraq üç il müddətinə azadlıqdan məhrum edib. AYNA.AZ “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə paytaxt məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Jurnalist Rusiya Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ("Rusiya Federasiyası ərazisində fəaliyyəti arzuolunmaz elan edilmiş xarici və ya beynəlxalq təşkilatın fəaliyyətini həyata keçirmək") ilə təqsirli bilinib.

Müstəntiqlərin fikrincə, Solovyov Karnegi Fondu ilə əməkdaşlıq edib. Təşkilatın veb saytında jurnalistin məqalələri müntəzəm olaraq dərc edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş