Vitkoff İsrailə gedəcək

Dünya

30.07.2025 - 23:28

ABŞ Prezidentinin xüsusi nümayəndəsi İsrailə səfər edəcək

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza böhranını müzakirə etmək üçün İsrailə səfər edəcək.

AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Qəzzada hökm sürən humanitar böhran əsas müzakirə mövzusu olacaq.

“Xüsusi nümayəndənin Qəzzaya gedərək humanitar yardım mərkəzlərini ziyarət edəcəyi gözlənilir”, - deyə nəşrin mənbəsi qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş