Vilayət Eyvazov Sadiq Gözəlovu təqaüdə göndərib

Xəbərlər

15.02.2021 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Daxili işlər naziri müvafiq əmr imzalayıb

 

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, ehtiyatda olan polis polkovniki Sadiq Gözəlov tutduğu vəzifədən azad edilib. AYNA xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, S.Gözəlov uzun müddət DİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2017-ci ildə daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin vaxtdan polis polkovniki Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru mülki vəzifəsinə təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş