“Vəziyyət ordumuzun nəzarəti altındadır” – <font color=red> Müdafiə Nazirliyi</font>

Xəbərlər

21.07.2020 - 11:53

cedabet dərman SEO Xidməti

Vaqif Dərgahlı: “İnsanları düşmənin bu dezinformasiyalarına inanmamağa çağırıram”

 

“Hazırda təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır”. AYNA bildirir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib. O deyib ki, dünən gecə və səhər saatlarında düşmənin pilotsuz uçuş aparatları Tovuz və Ağdam istiqamətində kəşfiyyat uçuşları həyata keçirmək istəyib: “Hər iki pilotsuz aparat vurulub”.

 

Bununla yanaşı Dərgahlı söyləyib ki, Ermənistan tərəfi hansısa tankımızın vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar: “İnsanları düşmənin bu dezinformasiyalarına inanmamağa çağırıram”.

 

“Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi Müdafiə Nazirliyinin elektron poçt qutusuna 10 minlərlə müraciət daxil olub. Bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə olmalıdır”, - deyə MN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş