Vətəndaşlara koronavirusla bağlı yeni müraciət

Cəmiyyət

01.05.2020 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Ramin Bayramlı: “Böyük şəhərlərdə qaydalara daha ciddi əməl olunmalıdır”

 

“27 aprel tarixindən sonra bəzi günlərdə koronavirusa yoluxmalarda artım müşahidə etmişik. Bunlar klastr üzrə narıncı rənglə rənglədiyimiz sahələrə aiddir”.

 

 AYNA xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib. Onun sözlərinə görə, qeyd edilən bölgələrdə rəqəmlərin yüksəkliyi ümumi stastitkaya aidir.

 

“Məhz bu baxımdan müraciət edirik ki, həmin bölgələrdəki vətəndaşlarımız qaydalara daha ciddi əməl etsinlər. Eyni zamanda, digər yerlərdə də yumşaldılma nəticəsində qaydalara əməl etməməklə artım müşahidə oluna bilər. Ki, son bir həftənin təcrübəsi də bunu göstərir. Ona görə də növbəti qərarlara da ciddi əməl olunmaldır”, - R.bayramlı bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş