Vətəndaşlar “su pulu”nu hissə-hissə ödəyə biləcəklər

Xəbərlər

07.05.2025 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Abonentlər yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər

Su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissə-hissə ödəyə biləcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar Su Təchizatı Xidmətinin yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər.

- Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır.

- Protokola əsasən borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır.

 “Xüsusilə qeyd etmək istəyirik ki, yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər”, - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş