Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib
Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq. AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.