Venesueladan neft ixracı dayanıb

Dünya

04.01.2026 - 11:29

Heç bir gəmi limanları tərk etməyib: 4 əsas tanker yüklü vəziyyətdə limanda gözləyir

Venesuela Prezidenti və xanımı ABŞ-a aparıldıqdan sonra ölkədən xam neft ixracı dayanıb. AYNA.AZ xarici mediasya istinadən bildirir ki, son günlərdə ABŞ Prezidenti Donald Trampın bəyanatları fonunda ixracat minimuma enmişdi.

Dünən isə heç bir gəmi limanları tərk etməyib. 4 əsas tanker yüklü vəziyyətdə limanda gözləyir.

Məlumata görə, kapitanlar yola düşmək üçün heç bir göstəriş almadıqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş