Venesueladan Braziliyaya ittiham: “Bu, əxlaqsız təcavüzdür”

Dünya

25.10.2024 - 10:38

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, cəsur və inqilabçı Venesuela xalqına qarşı tətbiq edilən sanksiyaların cinayət siyasətini tamamlayan düşmənçilik jestidir”

“Braziliyanın Venesuelanın BRİKS-ə qoşulmasını əngəlləmək qərarı izaholunmaz və əxlaqsız təcavüzdür”. AYNA xəbər verir ki, bu sözləri Venesuelanın xarici işlər naziri İvan Gil öz “Telegram” kanalında yazıb.

“Səfir Eduardo Paes Saboyanın rəhbərlik etdiyi Braziliya Xarici İşlər Nazirliyi Venesuelanın BRİKS-ə qoşulmasının qarşısını almaq qərarına gəlib ki, bu da Venesuelaya qarşı təcavüz və cəsur və inqilabçı Venesuela xalqına qarşı tətbiq edilən sanksiyaların cinayət siyasətini tamamlayan düşmənçilik jestidir”, - nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş