Venesuela hökumətində dəyişikliklər edilib

Dünya

17.01.2026 - 16:59

Rodriges nazirləri işdən çıxarıb, yeni təyinatlar edib

Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez ölkə hökumətində dəyişikliklər edib. AYNA.AZ xəbər verir ki, Rodrigez dəyişikliklərlə bağlı “Telegram” kanalında yazıb.

Anibal Koronado yeni nəqliyyat naziri, yazıçı və filosof Migel Peres Pirela isə informasiya və kommunikasiya naziri təyin edilib. O Ekososializm naziri təyin olunmuş Freddi Ninezin yerinə keçib.

Sənaye və Milli Ticarət nazirliklərinin birləşdirilməsi barədə də qərar qəbul edilib. Luis Antonio Villeqas yeni sənaye və milli ticarət naziri vəzifəsinə təyin edilib.

Rodrigez nəqliyyat naziri vəzifəsində çalışmış Ramon Velaskes Araguayana və yeni vəzifəyə təyin olunacaq keçmiş sənaye naziri Aleks Saaba təşəkkürünü bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş