Nazir: “Qurbanların əksəriyyəti hadisə ilə əlaqəsi olmayan gənclər olub”
“ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı ən azı 100 nəfərin ölüb”. AYNA.AZ xəbər verir ki, bu sözləri Bolivar Respublikasının daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello "Telesur" televiziya kanalının efirində deyib.
Onun sözlərinə görə, “qurbanların əksəriyyəti hadisə ilə əlaqəsi olmayan gənclər olub”.
Kabello həmçinin ABŞ xüsusi təyinatlı qüvvələrinin əməliyyatı zamanı yüksək vəzifəli hökumət rəsmilərinin yaralandığını bildirib.
“Venesuela Prezidenti Nikolas Maduro ayağından, birinci xanım Siliya Flores isə başından xəsarət alıb”, - deyə vurğulayıb.