Əsgər Mərəzə qəbiristanlığında torpağa tapşırılıb
Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu, əsgər İmran Rahim oğlu Əmrahovla vida mərasimi keçirilib. AYNA xəbər verir ki, vida mərasimi onun yaşadığı ünvanda - Binəqədi rayonu Biləcəri qəsəbəsində baş tutub.
Vida mərasimindən sonra İmran Əmrahov dəfn edilib.
Əsgər Biləcəri qəsəbəsində yerləşən Mərəzə qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, əsgər İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Nəşi ötən gün axşam saatlarında ailəsinə təhvil verilib.