Vaşinqtonla Daşkənd razılığa gəlib

Dünya

28.08.2024 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Əfqanıstandan çıxardığı hərbi təyyarə və helikopterləri Özbəkistanda saxlayacaq

Özbəkistan və ABŞ hakimiyyəti 2021-ci ilin avqustunda əfqan hərbçilərinin Özbəkistan ərazisinə təhvil verdiyi Amerika hərbi təyyarələri və helikopterlərinin taleyi ilə bağlı razılığa gəliblər. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Daşkənddəki səfiri Conatan Henik bildirib.

“Təyyarələr və helikopterlər Özbəkistanda olacaq. Bəli, bu, artıq rəsmidir”, - səfir bildirib.

Onun sözlərinə görə, artıq tərəflər birgə proqram həyata keçirirlər.

Henik əlavə edib ki, avadanlıq heç vaxt Əfqanıstanın olmayıb: “Onlar ondan istifadə edirdilər, lakin həmişə sahibi biz olmuşuq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş