“The Guardian”: Məxfi sənədlər sızandan sonra ABŞ müttəfiqləri ilə münasibətləri düzəltməyə çalışır
Pentaqonun məxfi sənədləri sızandan sonra ABŞ müttəfiqləri ilə münasibətləri düzəltməyə çalışır. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, aprelin 11-də Vaşinqtonun təşəbbüsü ilə Pentaqonun rəhbəri Lloyd Ostinlə onun Cənubi Koreyadan olan həmkarı Li Conq Sop arasında telefon danışığı olub.
Pentaqon rəhbəri vurğulayıb ki, o, Cənubi Koreya Respublikası hökuməti ilə sıx əlaqə saxlamaq, həmçinin bu məsələdə tam əməkdaşlıq etmək niyyətindədir.
Qeyd edək ki, Ukraynadakı münaqişə ilə bağlı Pentaqonun məxfi sənədləri aprelin 7-də sızıb. Martın əvvəlinə aid materiallarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin təsviri, həmçinin ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları barədə məlumatlar var. Daha sonra mediada ABŞ-ın daha yüzə yaxın məxfi sənədinin olduğunu bildirilib.