Vaşinqton Ottava ilə ticarət danışıqlarını dayandırıb

Dünya

24.10.2025 - 11:24

Reyqanın fikirlərindən reklamda istifadə Trampı qəzəbləndirib

ABŞ Prezidenti Donald Tramp Kanadanın 40-cı ABŞ Prezidenti Ronald Reyqanın tariflərlə bağlı fikirlərini reklamda istifadə etməsindən narazıdır və Ottava ilə ticarət danışıqlarının başa çatdığını elan edib.

AYNA.AZ xəbər verir ki, Tramp bu barədə sosial media platforması “Truth Social”da yazıb.

"Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün vacibdir. Onların hədsiz davranışlarına görə Kanada ilə bütün ticarət danışıqları bununla dayandırılır", - deyə Tramp qeyd edib.

O Reyqanın tariflərlə bağlı mənfi şərhlərinin yer aldığı reklamı "saxta xəbər" adlandırıb: "Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarını pozmaq üçün ediblər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş