"Məsələ burasındadır ki, ideyalarımız qəsdən cavabsız qalıb"
ABŞ Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsi (START) ilə bağlı təklifinə rəsmi cavab verməyib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
Nazirlikdən bildirilib ki, Moskva yeni START-ın tərəflərinə müqavilənin müddəti bitdikdən sonra belə, müqavilə ilə müəyyən edilmiş silah məhdudiyyətlərinə könüllü olaraq riayət etməyi təklif edib. Lakin ABŞ-ın Rusiyanın təklifinə heç bir cavabı olmayıb.
Açıqlamada qeyd edilib ki, "məsələ burasındadır ki, ideyalarımız qəsdən cavabsız qalıb".
Rusiya XİN daha əvvəl bildirib ki, Moskva yeni START müqaviləsinin müddəti bitdikdən sonra potensial təhdidləri azaltmaq üçün qətiyyətli hərbi-texniki əks tədbirlər görməyə hazırdır.