"Qrenlandiyanın Danimarka müstəmləkəsi olmasının əsası nədir?”
“Danimarkanın Qrenlandiya üzərində hüquqi nəzarəti şübhəlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Stiven Miller CNN-ə verdiyi müsahibədə deyib.
Miller Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyini şübhə altına alıb və Kopenhagenə niyə bu hüququn verildiyinin düşündürücü olduğunu bildirib.

"Qrenlandiyanın Danimarka müstəmləkəsi olmasının əsası nədir? ABŞ-ın Arktika bölgəsinin təhlükəsizliyini təmin etməsi və NATO-nun maraqlarını qoruması üçün Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması lazımdır", - deyə o vurğulayıb.
Daha əvvəl Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, Qrenlandiya ABŞ ilə dialoqa açıqdır. O iki ölkə arasında qarşılıqlı əlaqələrin hörmətlə və ilhaq təhdidi olmadan davam etməli olduğunu vurğulayıb.