Vaşinqton: BMT-nin Qəzza ilə bağlı qətnaməsi məcburi deyil

Dünya

26.03.2024 - 09:49

Dövlət Departamenti BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnaməni qeyri-məcburi sayır

Rəsmi Vaşinqton hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qəbul etdiyi qətnamə məcburi deyil. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

“Bu, məcburi olmayan qətnamədir və mən bu məsələ ilə bağlı ətraflı danışmağı beynəlxalq hüquqşünasların öhdəsinə buraxıram”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.

Daha əvvəl BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirmişdi ki, Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsi məcburidir.

Müəllif: Ayna.az