Varşavada ticarət mərkəzinin yandırılmasında “Rusiya izi”

Dünya

12.08.2024 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Polşa ticarət mərkəzinin yandırılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırır

Polşa Varşavada ticarət mərkəzinin yandırılmasında Rusiya xüsusi xidmət orqanlarını günahlandırır. AYNA xəbər verir ki, bu barədə Polşa Televiziyası (TP) məlumat yayıb.

2024-cü ilin yazında Varşavanın Maryvilska küçəsindəki ticarət mərkəzində böyük yanğın baş verdi, nəticədə bina demək olar ki, tamamilə yandı. Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, Polşa hüquq-mühafizə orqanları yanğında Rusiya xüsusi xidmət orqanlarının iştirakı versiyasını yoxlayır. Lakin Baş nazir sübut təqdim etməyib.

“Prokurorluq artıq “Maryvilsk 44” ticarət mərkəzinin yandırılmasına görə məsuliyyət daşıyanların izinə düşüb və əsas versiya Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə yandırmadır”, - məlumatda deyilir.

Telekanal müstəntiqlərdən birini danışdırıb. Deyib ki, "həyatımda yanğının bu qədər sürətlə yayıldığını və bu qədər ziyan vurduğunu görməmişdim".

Bundan əvvəl Polşanın xarici işlər naziri Tomaş Siemonyak yanacaqdoldurma məntəqəsindəki yanğında “Rusiya izinin” yoxlanılmasını əmr etmişdi. Nazirin sözlərinə görə, potensial təxribatla mübarizə XİN və polis xidmətinin prioritet istiqamətlərindən biridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş