Polşa bütün NATO üzv ölkələrinin icazəsi olmadan Ukrayna ərazisi üzərində Rusiya raketlərini vurmayacaq
Polşa bütün NATO üzv ölkələrinin icazəsi olmadan Ukrayna ərazisi üzərində Rusiya raketlərini vurmayacaq. AYNA xəbər veritr ki, bu barədə Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Polşa radiosunun efirində deyib.
Nazir Varşavanın mövqeyini “münaqişənin gərginləşməsini” istəməyən Vaşinqtonun nöqteyi-nəzərindən izah edib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik spikeri Con Kirbi Polşaya Ukrayna səmasında Rusiya raketlərini və pilotsuz təyyarələrini vurmaq hüququnun verilməsi təşəbbüsünü şərh edib. O, xüsusilə, bunun münaqişənin gərginləşməsinə gətirib çıxaracağını və bunun “nə ukraynalılara, nə polyaklara, nə də heç kimə faydalı olmayacağını” bildirib. Eyni zamanda, Kirbi qeyd edib ki, Birləşmiş Ştatlar “Ukraynanı effektiv müdafiə etmək üçün yollar axtarmaq” istəyir.
İyulun 8-də Ukrayna Prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk ölkələr arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıblar. Sənəddə Kiyev və Varşavanın Polşa ordusunun Ukrayna hava məkanında Rusiya raketlərini və pilotsuz təyyarələrini vuracağı mexanizm hazırlamasını nəzərdə tutan bənd var. Üstəlik, bu tədbir yalnız Polşa istiqamətində atılan silahlara aiddir. Sənədi imzaladıqdan sonra Zelenski müvafiq mexanizmin ən qısa zamanda hazırlanacağını bildirib.