Vanda antiterror əməliyyatlarına başlanılıb

Dünya

07.11.2022 - 02:41

Həkimlər Klinikalar SEO Xidməti

Məqsədi PKK terror təşkilatının hücrə və sığınacaqlarını məhv etməkdir

Türkiyənin Van vilayətində “Eren Abluka” kod adlı antiterror əməliyyatlarının payız-qış mərhələsinin növbəti fazasına başlanılıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatın məqsədi PKK terror təşkilatının hücrə və sığınacaqlarını məhv etməkdir.

“Əməliyyat Van Vilayəti Jandarma Regional İdarəsi tərəfindən 40 qrupa bölünən jandarma xüsusi təyinatlıları da daxil olmaqla, 460 hüquq-mühafizə orqanı əməkdaşının iştirakı ilə keçirilir”, - DİN-in məlumatında vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş