Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

08.06.2021 - 20:49

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əlehinə vaksinasiya davam edir 

 

İyunun 8-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 640 doza vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 min 555, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 5085 nəfər olub.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 586 min 410-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 646 min 054, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 940 min 356 nəfərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş