Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibəyə başlanılır

Xəbərlər

06.07.2021 - 13:56

Həkimlər Klinikalar SEO Xidməti

Namizəd ümumi şərtlərinin tələblərinə cavab verməlidir

 

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələri üzrə ümumilikdə 22 dövlət orqanında 171 vakant vəzifənin tutulması üçün mayın 24-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlanıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya verilən məlumata görə, namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

 

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (33) və Dövlət Statistika Komitəsi (20) tərəfindən təqdim olunub. Müsahibədə iştirak üçün 2610 namizəd müraciət edib. Müsahibə avqustun 24-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş