Üzərində gizlətdiyi mobil telefonları gömrükdən keçirə bilmədi

Hadisə

11.02.2020 - 11:10

Həkimlər Klinikalar SEO Xidməti

Yoxlama zamanı vətəndaşın üzərində 6 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Audi A4" markalı minik nəqliyyat vasitəsil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Lakın yoxlama zamanı vətəndaşın üzərində 6 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş