Koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 804 mindən çox artıb.
AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 804 807 nəfər yeni koronavirusa yoluxub, 12 955 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 138 688 383, ölənlərin isə 2 978 935 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.