ÜST bütün tədbirləri ikiqat artırmağa çağırıb

Dünya

11.12.2021 - 04:15

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19-a yoluxmanın 65 faizi Avropadadır

"Avropa çox ağır, çətin bir epidemiyanın ortasındadır və onun böyük əksəriyyəti “delta” ştamı ilə bağlıdır”.

AYNA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib.

Harris epidemiyanın mərkəzinin hələ də Avropa olduğunu deyib.

Qeyd edib ki, dünya miqyasında COVID-19-a yoluxmanın 65 faizi Avropadadır.

"Biz çoxdan deyirik ki, ictimai səhiyyə və sosial tədbirləri gücləndirin, peyvəndlərinizi sürətləndirin. Çünki bütün bunlar həm “delta”, həm də “omikron”u dayandıracaq", - o əlavə edib.

ÜST sözçüsü bütün tədbirləri ikiqat artırmağa çağırıb.

Qeyd edək ki, “Worldometer” saytının məlumatına görə, son 24 saat ərzində Rusiyada 1176, Polşada 571, Ukraynada 442 nəfər COVID-19-dan dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş